Bütün xəbərlər
Peskov: "Baydenin komandası Trampa mümkün olan ən çətin mirası qoymağa çalışır"
Tarix: 10-01-2025 17:19 | Bölmə: Manşet

ABŞ-ın istefa verən prezidenti Cozef Baydenin administrasiyası Amerikanın gələcək rəhbəri Donald Trampı ölkədə mümkün olan ən çətin vəziyyətdə buraxmaq üçün hər şeyi edir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bunu Kremlə qarşı yeni sanksiyalar paketinin qəbul edilməsinin potensial imkanları fonunda bəyan edib.
“Biz bilirik ki, Bayden administrasiyası, əlbəttə ki, gələn Tramp və onun tərəfdaşları üçün ikitərəfli münasibətlər baxımından ən çətin miras qoymağa çalışacaq”, - deyə, Peskov bildirib sanksiyalar paketi tətbiq oluna bilər”.
Bununla belə, o, Vaşinqtonun Moskvaya qarşı mümkün sanksiyalarını şərh etməkdən imtina edib. Putinin mətbuat katibi bildirib ki, “ilk növbədə Vaşinqtondan konkret qərarlar gözləmək lazımdır”.
Peskov Trampla Putin arasında danışıqların mümkünlüyündən də danışıb. O qeyd edib ki, bunun üçün “liderlərin qarşılıqlı istəyi” lazımdır.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər