13:50 / 06-01-2025
Yeni il ağacı yandırılıb
Bütün xəbərlər
Ərdoğan: "Suriyanın parçalanmasına icazə verməyəcəyik"
Tarix: 06-01-2025 21:37 | Bölmə: Manşet

Türkiyə Suriyanın parçalanmasına icazə verməyəcək və bu ssenarinin qarşısını almaq üçün tədbirlər görməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Biz Suriyanın parçalanmasına və ya vahid quruluşunun pozulmasına icazə verməyəcəyik, əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi tədbirləri görəcəyik”, – Ərdoğan vurğulayıb.
Bundan əvvəl Ərdoğan Türkiyənin Suriyaya heç bir ərazi iddiasının olmadığını və 13 ildir davam edən münaqişənin tezliklə həllinin tərəfdarı olduğunu da qeyd edib. Prezident əlavə edib ki, Türkiyə və Suriyanın “taleyi və kədəri” ortaqdır və Ankara regionda birlik və sülhü dəstəkləməyə davam edəcək.
Türkiyə həmçinin Suriyanın yeni hakimiyyət orqanlarına dövlət qurumlarının yenidən təşkili və konstitusiyanın yaradılmasında kömək etməyə hazır olduğunu açıqlayıb.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər