13:50 / 06-01-2025
Yeni il ağacı yandırılıb
Bütün xəbərlər
Kanadanın baş naziri Tryudonun etibar reytinqi 20%-dən aşağı düşüb
Tarix: 04-01-2025 22:32 | Bölmə: Manşet

Kanadanın baş naziri Castin Tryudoya ölkə sakinləri arasında dəstək səviyyəsi 17,4%-ə düşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Nanos Research” tədqiqat şirkətinin rəhbəri Nik Nanos məlumat verib.
Sosioloq qeyd edib ki, hələ dekabr ayında Tryudonu respondentlərin 20%-i dəstəkləyib.
Trudeau-nun rəhbərlik etdiyi Kanada Liberal Partiyasına dəstək də aşağıdır - cəmi 21,3%. Eyni zamanda, onun əsas rəqibi olan Kanada Mühafizəkarlar Partiyasına ölkə üzrə respondentlərin 47%-i etibar edir. Seçicilərin 40%-i səsini Mühafizəkarların lideri Pierre Poilvert-ə verməyə hazırdır.
Nanos CTV-yə deyib: "Hesab olunur ki, indi heç kim (Tryudoya) səs vermək istəmir".
Tryudo hökuməti daxili qarşıdurmalara qərq olub və onlardan biri Kiyev rejiminin qızğın tərəfdarı, baş nazirin müavini və maliyyə naziri vəzifələrində çalışmış Kristiya Frilandın istefası ilə nəticələnib. Tryudo iqtisadiyyata, miqrasiyaya və hökumətə nəzarəti itirdiyinə, habelə kanadalıların həyat səviyyəsinin aşağı düşməsinə görə tənqid edilib.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər