Bütün xəbərlər
Kirbi: "ABŞ tezliklə Kiyevə yeni hərbi yardım elan edə bilər"
Tarix: 03-01-2025 22:55 | Bölmə: Manşet

ABŞ-ın istefa verən prezidenti Co Baydenin administrasiyası yaxın günlərdə Kiyevə yeni hərbi yardım paketini elan edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O xatırladıb ki, Vaşinqton artıq Ukraynaya yardım proqramları çərçivəsində yekun yardım paketini elan edib.
"Yaxın günlərdə əlavə təhlükəsizlik yardımı ilə bağlı elanı da gözləyə bilərik" deyə, rəsmi yekunlaşdırıb.
Bundan əvvəl Kirbi Kiyevə hərbi yardımın çatdırılmasını əlaqələndirmək üçün yaxın vaxtlarda bir sıra Qərb ölkələrinin nümayəndələrinin yeni görüşünün keçiriləcəyini bildirmişdi.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər