Bütün xəbərlər
Fransa Xarici İşlər Nazirliyi: Zurabişviliyə qarşı həbs təhdidləri qəbuledilməzdir
Tarix: 28-12-2024 02:32 | Bölmə: Manşet

Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı həbslə hədələri “qəbuledilməzdir”.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addam X sosial şəbəkəsində bildirib.
Nazirin sözlərinə görə, “Gürcü arzusu” partiyasının həbs hədələri qəbuledilməzdir və eyni zamanda Avropaya inteqrasiya perspektivi ilə də bir araya sığmır. Addam vurğulayıb ki, nümayişçiləri qorxutmağa və onlara qarşı zorakılıq nümayiş etdirməyə son qoymaq lazımdır.
“Fransa Gürcüstan əhalisinin avropalı və demokratik istəklərini dəstəkləyir”, - deyə, siyasətçi bildirib.
Bundan əvvəl KİV dekabrın 14-də Gürcüstan parlamentinin binasında ölkənin yeni lideri üçün seçkilərin keçirildiyini yazıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyasının namizədi Mixail Kavelaşvili 300 səsdən 224-nün səsini toplayaraq seçkilərdə qalib gəlib.
Gürcüstanın əvvəlki prezidenti Salome Zurabişvili prezidentlik postunu tərk etməyəcəyini bəyan edib və özünü ölkədə hakimiyyətin yeganə qanuni nümayəndəsi elan edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edib ki, dekabrın 29-da, yeni prezidentin andiçmə mərasimi günü Zurabişvili öz iqamətgahını tərk etməli olacaq. Kobaxidzenin sözlərinə görə, Zurabişvilini iki halda cinayət məsuliyyəti gözləyir - əgər o, yeni parlament seçkiləri təyin edərsə və bu ilin dekabrın 29-da yeni prezidentin andiçmə mərasimindən sonra vəzifəsini tərk etməsə.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər