20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Tarix: 25-12-2017 21:18 | Bölmə: Manşet
TREND
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri, əziz dostum. İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə həyatınızın bütün sahələrində şəxsi rifah, xoşbəxtlik və tərəqqi arzulayıram.
Sizi tanımağımdan, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini inkişaf etdirmək istiqamətində Sizinlə işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da intensiv şəkildə davam etməsini arzulayıram.
Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
XXX
Moldova Respublikasının üçüncü Prezidenti Vladimir Voronin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Siz bütün Azərbaycan xalqının tanınmış liderisiniz. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan nəinki firavanlaşan müasir dövlətə, həm də regional liderə, beynəlxalq arenada nəzərəçarpan və nüfuzlu tərəfdaşa çevrilib.
Sizin görkəmli atanız Heydər Əliyevin başladığı işi – güclü, özünü təmin edən Azərbaycan dövləti qurulması kursunu necə bacarıqla və ləyaqətlə davam etdirməyinizi diqqətlə izləyirəm.
Ölkənizin üzləşdiyi problemlərə görə həmişə səmimi narahatlıq keçirir, Sizin uğurlarınıza ürəkdən sevinirəm.
Dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin xüsusi xarakter daşımasına hər vasitə ilə kömək etməyə hazıram.
Sizin həyatınızda ailənizin necə mühüm yer tutduğunu yaxşı bilirəm. Arzum budur ki, doğmalarınız və yaxınlarınız sağlam və xoşbəxt olsunlar.
Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə Sizə bir insan və siyasi xadim kimi uzunömürlülük, rəhbər müdrikliyi və ata xeyirxahlığı arzu edirəm.
İcazə verin, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına da sülh və firavanlıq diləyim".
XXX
Moldova Respublikasının Baş naziri Pavel Filipdən:
"Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı bildirirəm. Ümidvaram ki, bu xüsusi məqam Sizə, Sizin gözəl ailənizə və Azərbaycan xalqına yalnız sevinc bəxş edəcək.
Ölkənizə Sizin bu cür uzaqgörənliklə və fədakarlıqla rəhbərlik etməyinizə heyranam. Sizin rəhbər tutduğunuz dəyərlər həm mürəkkəb dövrlərdə, həm də sülh şəraitində uğur qazanmağa və Azərbaycan xalqını istiqamətləndirməyə imkan verir.
Fürsətdən istifadə edib Sizə və ailənizə yeni ildə xoş bayram əhval-ruhiyyəsi və uğurlar diləyirəm.
Zati-aliləri, Sizə dərin hörmətimizə əmin olmağınızı xahiş edirəm".
XXX
Fransa Milli Assambleyasının keçmiş üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manseldən:
"Zati-aliləri, cənab Prezident. Doğum gününüz münasibətilə Azərbaycanın Dostları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.
Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyətinizin uzunmüddətli olmasını diləyirik. Sizi sədaqətlə dəstəkləməyə davam edəcək, Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni səylər göstərəcəyik.
Zati-aliləri, ən xoş arzularımızı qəbul etməyinizi və Sizə yüksək ehtiramımızdan əmin olmanızı xahiş edirəm.
Ad gününüz mübarək".
XXX
Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovadan:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və yaxınlarınıza uzun ömür, xoşbəxtlik, möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni zəfərlər arzu edirəm".
XXX
Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, böyük həyat enerjisi, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm. Əminəm ki, Sizə xas olan yüksək peşəkarlıq və işinizə sədaqət keyfiyyətləri Vətən naminə nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyə imkan verəcək.
Sizə və ailənizə xoşbəxtlik, xoş günlər və firavanlıq arzu edirəm".
XXX
Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən səmərəli dövləti fəaliyyətinizin davamlı olmağını, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunda yeni uğurlar arzu edirəm.
Sizə bir daha səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq diləyirəm"
XXX
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan:
"Zati-aliləri cənab Prezident. Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, bütün təşəbbüslərinizdə müvəffəqiyyət və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Sizin rəhbərliyinizlə Azərbaycanın davamlı tərəqqisi və rifahı naminə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə möhkəm sabitliyin və dinamik inkişafın, reallaşdırılan irimiqyaslı layihələr və mötəbər tədbirlər sayəsində respublikanızın beynəlxalq səviyyədə artan nüfuzunun şahidiyik.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə hərtərəfli dəstəyinizə və türkdilli dövlətlərin arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirəm".
XXX
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:
"Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.
Türkdilli xalqların mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən Fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.
Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxili və xarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik".
XXX
Moldova Demokratik Partiyasının sədri Vlad Plaxotnyuk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:
"Zati-aliləri. Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə və ailənizə ən xoş arzularımı bildirirəm. Sizinlə dostluğumuzu və Moldova Respublikasını daim dəstəkləməyinizi yüksək qiymətləndirirəm.
Zati-alinizin doğum günü sevinclə qeyd edilib və əminəm ki, Azərbaycan xalqı Sizi yüksək qiymətləndirir.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə qarşıdan gələn yeni ildə bayram əhval-ruhiyyəsi, könül xoşluğu, bol həyat enerjisi, uğurlar və firavanlıq arzu edirəm.
Əminəm ki, 2018-ci ildə bizim əməkdaşlığımız yüksək səviyyəyə çatacaq və ölkələrimizin xalqlarına fayda verəcək".
XXX
Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan, Baş direktorun birinci müavini Mixail Qusmandan:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
İcazə verin, bu xoş münasibətlə Sizə - peşəkarlığı və məqsədyönlülüyü, məsələnin mahiyyətinə dərindən nüfuz etməsi, insanları dinləmək və duymaq bacarığı sayəsində haqlı olaraq nüfuz və hörmət qazanmış insana ən xoş arzularımızı çatdıraq. Sizə möhkəm cansağlığı, nikbinlik və quruculuq enerjisi, nəzərdə tutduğunuz möhtəşəm planların uğurla həyata keçməsini diləyirik.
Hörmətli İlham Heydər oğlu, Sizə və doğmalarınıza xoşbəxtlik və firavanlıq, ad gününüzdə xoş əhval-ruhiyyə arzu edirik. Qoy, Sizin Azərbaycan Respublikası və xalqlarımızın dostluğu naminə səyləriniz bundan sonra da səmərəli nəticələr versin".
XXX
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi VTB Bankı idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Siz Azərbaycan Respublikasının Prezidenti, müdrik siyasi xadim və lider kimi bütün təcrübənizi, qüvvənizi və biliklərinizi ölkənin inkişafı və onun vətəndaşlarının firavanlığı işinə həsr edirsiniz. Siz Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün göstərilən beynəlxalq səylərə böyük şəxsi töhfə verirsiniz.
İki ölkənin işgüzar dairələri arasında, o cümlədən maliyyə sahəsində münasibətlərin inkişafına Sizin daimi diqqətiniz ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə ciddi təkan verir.
Biz Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Respublikası Dövlət Neft Fondunun iştirakını Rusiya ilə Azərbaycan arasında səmimi dostluğun, etimadın və səmərəli qarşılıqlı iqtisadi fəaliyyətin təsdiqi kimi yüksək qiymətləndiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər üçün tükənməz mənəvi və fiziki qüvvə, möhkəm cansağlığı və firavanlıq arzu edirəm".
XXX
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:
"Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, Azərbaycan xalqının və Azərbaycan uşaqlarının rifahı naminə göstərdiyiniz bütün səylərdə yeni uğurlar arzu edirəm. Ümidvaram ki, uşaqların müdafiəsi sahəsində səmərəli əməkdaşlığımız bundan sonra da davam edəcək".
XXX
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan:
"Hörmətli cənab Prezident. Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.
BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və bu il Azərbaycandakı fəaliyyətimizin 25 illiyini qeyd etməyimizdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli xeyli layihə həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olmuşdur. Biz, həmçinin Azərbaycan Hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə inanırıq".
XXX
“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən:
"Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, uzun ömür, möhkəm cansağlığı, ailə həyatında sevinc, ən başlıcası – Azərbaycanın firavanlığı naminə məsul işinizdə uğurlar və qələbələr diləyirəm.
Qoy, ölkənizin və xalqınızın rifahı naminə gündəlik mürəkkəb fəaliyyətinizdə həmkarlarınızın hərtərəfli dəstəyi həmişə Sizinlə olsun.
Əziz İlham Heydər oğlu, əmin ola bilərsiniz ki, biz – Sizin dostlarınız bizə verilən hər bir tapşırığı yerinə yetirməyə hazırıq.
İcazə verin, Sizə bir daha ən xoş diləklərimi, planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsi arzularımı bildirim".
XXX
Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” Hüquq Agentliyi” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Roman Saviçev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Hər bir insanın ömründə bu əlamətdar gün illər boyu qazanılmış həyat müdrikliyi, peşəkarlıq, qiymətli biliklər və enerji baqajının, iş qabiliyyətinin və öz qüvvəsinə inamın gözəl birliyinin təcəssümüdür.
Sizin üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və gümrahlıq, bütün niyyətlərinizin həyata keçməsi üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy, Sizin bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə sülh, harmoniya və xoşbəxtlik gətirsin".
XXX
Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı, böyük şəxsi səadət və Vətənimiz naminə, Yer üzündə sülh və həmrəylik naminə yeni uğurlar arzulayım.
Azərbaycanın dostlarının, ölkəmizin təbiətinə, memarlığına, musiqisinə və ən başlıcası, onun adamlarına heyran qalanların, bizim bənzərsiz Bakıda bircə dəfə olandan sonra özlərinin etiraf etdiyi kimi, bu “möcüzə”ni bir daha görmək, Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi ilə tanış olmaq, müasir həyatın ən son nailiyyətlərinə sevinmək üçün dönə-dönə oraya can atanların sayı ilbəil artır.
Bizim peşə birliyimizin üzvləri arasında da belə dostlar çoxdur, onların təbriklərini Sizə çatdırmağı özümə şərəf sayıram. Təkcə son bir ildə Rusiyanın yüzdən çox notariusu bizim doğma şəhərimizdə olub. Ölkəmizlə tanışlıqdan sonra onların yekdil təəssüratı belədir: “Azərbaycanın fəxr etməyə haqqı var!”.
Biz, doğma tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan həmvətənləriniz bununla fəxr edirik. Biz öz Vətənimizlə, xalqımızla, onun nailiyyətləri ilə fəxr edirik. Sizinlə - bizim Prezidentimizlə, hamılıqla qəbul edilmiş liderimiz, müasir dövrün ən parlaq intellektualı və siyasi xadimi ilə fəxr edirik.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim.
Qoy qarşıdan gələn yeni, 2018-ci il Sizə, ailənizə və bütün Azərbaycan xalqına sülh, xoş günlər və səadət gətirsin!".
XXX
“Belçika Azərbaycan Evi”nin sədri Bülənt Gürçamdan:
"Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə “Belçika Azərbaycan Evi” adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək və daha sanballı nailiyyətlər qazanacaq. Bu uğurlu yolda Sizi dəstəklədiyimizi bildiririk".
XXX
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:
"Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan olan bütün dostlarınız adından təbrik edirəm.
Fürsətdən istifadə edib, çoxsaylı təşəbbüslərimizi dəstəklədiyinizə, bizim Alma Mater-ə səmimi duyğularınıza və Universitetin gələcəyinə laqeyd olmadığınıza görə Sizə bir daha xüsusi hörmətimi və dərin minnətdarlığımı bildirmək istəyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə işinizdə yeni uğurlar qazanmaq üçün tükənməz qüvvə və ilham arzu edirəm".
XXX
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz Azərbaycan Prezidenti kimi məsul vəzifədə işlədiyiniz illər ərzində respublikanın dinamik inkişafı üçün hər cür şərait yaradaraq müstəsna nəticələrə nail olmusunuz. Azərbaycanın iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə qazandığı uğurlar, beynəlxalq arenada onun nüfuzu haqlı olaraq Sizin səmərəli fəaliyyətinizlə bağlıdır.
İnanıram ki, Sizin yüksək peşəkarlığınız, respublikaya hədsiz sədaqətiniz, müstəsna idarəçilik keyfiyyətləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və onun xalqının rifahının yüksəlməsinə xidmət edəcək.
İcazə verin, Sizə səmimi qəlbdən xoşbəxtlik, möhkəm cansağlığı, habelə respublikanın Prezidenti vəzifəsində Azərbaycan xalqının uğurları və rifahı naminə bol-bol uğurlar diləyim".
Baxış sayı: 476
Bölməyə aid digər xəbərlər

Dünən, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
Dünən, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
26-10-2026, 20:54
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
26-10-2026, 09:16
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır