Bütün xəbərlər
FT: Şolts Dudanın Rusiya aktivlərinin müsadirəsi ilə bağlı sözlərinə kəskin reaksiya verdi
Tarix: 21-12-2024 09:40 | Bölmə: Manşet

Almaniya kansleri Olaf Şolts Polşa prezidenti Anjey Dudanın Aİ-də dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və xərclənməsi çağırışına sərt reaksiya verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kanslerin sözlərinə görə, Varşava bunun icmanın maliyyə bazarlarına mənfi təsir göstərə biləcəyini başa düşmür. O, Polşanın avrodan deyil, öz valyutasından istifadə etdiyini də xatırladıb.
"Financial Times" Şoltsdan sitat gətirir: "Bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsən".
Nəşr qeyd edir ki, Rusiya aktivlərinin müsadirə edilməsi ideyasını Aİ üzvü olmayan ABŞ və Böyük Britaniya dəstəkləyib, Almaniyadan başqa İtaliya və Fransa isə buna qarşı çıxıb.
Bundan əvvəl Euroclear iri hesablaşma və klirinq sisteminin rəhbəri Valeri Urbain Rusiyanın Aİ-dəki aktivlərinin müsadirə edilməsində təhlükə görüb. Onun fikrincə, bu, Avropanın özünün maliyyə sisteminin sabitliyini pozmaq təhlükəsi yaradır.



Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər