Bütün xəbərlər
FT iddia edir ki, Əsəd Rusiyaya tonlarla avro və dollar ixrac edib
Tarix: 16-12-2024 09:06 | Bölmə: Manşet

Suriya Mərkəzi Bankı 2018-2019-cu illərdə Rusiyaya təxminən iki ton dollar və avro ilə nağd pul göndərib, "Financial Times" qəzeti məxfi sənədlərə istinadən iddia edir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, il yarım ərzində Suriya tərəfi Moskvanın Vnukovo hava limanına 250 milyon dollar ekvivalentində nağd pul çatdıran 21 uçuş təşkil edib.
Belə əməliyyatlara misal olaraq 2019-cu il mayın 13-də Rusiyaya 10 milyon dollar göndərilən uçuşu göstərmək olar ki, həmin ilin fevralında 20 milyon avro dəyərində yük daşınıb.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti Əsəd rejiminin süqutundan sonra onun ailəsinin və yaxınlarının xaricdəki var-dövlətinin axtarışına başladığını yazıb.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər