Bütün xəbərlər
Suriya müxalifətinin lideri BMT-nin xüsusi nümayəndəsi ilə danışıqlar aparıb
Tarix: 16-12-2024 08:59 | Bölmə: Manşet

Suriyadakı silahlı müxalifətin lideri Əhməd əl-Şara (daha çox Əbu Məhəmməd əl-Culani kimi tanınır) və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen BMT-nin 2015-ci il Suriya qətnaməsinin “yerdəki reallıqlara” uyğunlaşdırılmasını müzakirə ediblər,” - Suriya silahlı müxalifətinin yüksək komandanlığı bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar suriyalı qaçqınların geri qayıtması üçün şərait yaradılması məsələsini də qaldırıblar.
“2254 saylı qətnaməyə yenidən baxılmasının vacibliyi siyasi sferada dəyişikliklərlə bağlı müzakirə olunub və bu, qətnamənin yeni reallıqlara uyğun yenilənməsini zəruri edib”, - RİA Novosti komandanlığından sitat gətirir.
Silahlı müxalifət lideri Suriyanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini qeyd edib, həmçinin əlavə edib ki, ölkə iqtisadiyyatını bərpa etmək lazımdır.
Bundan əvvəl Əhməd əl-Şaraa Suriya prezidenti postuna vətəndaşlar və ya ətrafındakılar müraciət edərsə, namizədliyini irəli sürməyə hazır olduğunu açıqlamışdı.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər