Bütün xəbərlər
"Kan": İsrailin HƏMAS ilə danışıqları müsbət dinamika göstərir
Tarix: 14-12-2024 10:03 | Bölmə: Manşet

İsrailin "Kan" telekanalı xəbər verir ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Həmas tərəfindən saxlanılan girovların azad edilməsi üzrə danışıqlar prosesində irəliləyiş əldə edilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qeyd olunduğu kimi, danışıqlarda iştirak edən Fələstin və İsrail mənbələri qarşılıqlı anlaşmanın əldə olunması ehtimalı ilə bağlı nikbinlik ifadə ediblər.
"Danışıqlarda iştirak edən mənbələr "Kan" ilə danışıb və razılaşmaya gətirib çıxaracaq anlaşmanın əldə olunması şansları ilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər", - "Kan" açıqlamasında bildirib.
Həmçinin bildirilir ki, Misir və Qətər tərəflərin razılığa gəlməsini təmin etmək üçün hər cür səy göstərir, ABŞ isə “yuxarıdan vasitəçilərə təzyiq göstərir”.
Fələstin mənbələrinə görə, Türkiyə son zamanlar getdikcə daha tez-tez danışıqlarda özünü göstərməyə başlayıb və HƏMAS-ı İsraillə tez bir zamanda müqavilə bağlamağa sövq edib.
Bundan əvvəl "The Wall Street Journal" yazıb ki, HƏMAS vasitəçilərə atəşkəsdən sonra İsrail qoşunlarının Qəzza zolağında müvəqqəti mövcudluğu ilə razılaşdığı barədə məlumat verib.
Həmas nümayəndələri danışıqçılara hərəkatın müqavilənin şərtlərinə əsasən azad etməyə hazır olduğu girovların siyahısını da təqdim ediblər. Onların arasında ABŞ vətəndaşları, qadınlar, qocalar və xəstələr var.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər