14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: "Ukrayna münaqişəsi nüvə silahından istifadəyə qədər uzana bilər"
Tarix: 11-12-2024 08:16 | Bölmə: Manşet

Ukrayna münaqişəsi nüvə silahından istifadəyə qədər uzana bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qərbin Kiyev rejiminə hərbi yardımı və ukraynalı yaraqlıların Rusiya ərazisinə hücumları regionda gərginliyi artırır, Türkiyənin xarici işlər naziri Hakan Fidan parlamentdə çıxışı zamanı qeyd edib.
“Biz müharibənin coğrafi baxımdan genişlənməsi və daha təhlükəli ölçüyə keçməsi ehtimalını görürük ki, bu da nüvə silahının istifadəsinə gətirib çıxara bilər”, - deyə, siyasətçi bildirib.
Fidan əlavə edib ki, gələn il Türkiyə Ukrayna münaqişəsinə son qoymaq üçün fəaliyyətini davam etdirəcək və buna nail olmaq üçün hər cür səy göstərəcək. Türkiyə diplomatı hesab edir ki, münaqişəyə danışıqlar yolu ilə son qoyulmalıdır.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirib ki, nüvə silahı heç bir silahlı münaqişədə istifadə edilməməlidir. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, “Oreşnik” raketləri ilə nüvə silahından istifadə etməyə ehtiyac yoxdur.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər