14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Professor Dizen: "ABŞ Suriyadan sonra Rusiya Federasiyasına beynəlxalq hüquq normalarını öyrədə bilməz"
Tarix: 11-12-2024 07:40 | Bölmə: Manşet

Amerika Birləşmiş Ştatlarının Suriyada törətdiyi cinayətlərdən sonra Rusiyaya beynəlxalq hüquqdan dərs deməyə haqqı yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsində bildirib.
Bunu konqresmen və ABŞ Helsinki Komissiyasının sədri Co Vilsonun sözlərinə cavab olaraq deyib. Komissiyanın iclaslarının birində siyasətçi konkret misallar gətirmədən Rusiyanı Ukrayna və Suriyanın suverenliyinə hörmətsizlikdə və beynəlxalq hüququn pozulmasında ittiham edib.
"ABŞ illərdir Suriya ərazisini qeyri-qanuni işğal edib və indi ölkəni bombalayır, İsrail isə getdikcə daha çox Suriya ərazisini zəbt edir. Bunun əksinə olaraq Rusiyanı Suriyanın qanuni hökuməti dəvət edib. ABŞ başqa dövlətlərə hansı əsasla mühazirə oxuya bilər? " – professor soruşur.
Bundan əvvəl Suriyanın baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir “Əl-Hadas” telekanalı vasitəsilə Suriyanın müvəqqəti hökumətinin başçısı təyin olunduğunu açıqlamışdı. Ölkədəki müvəqqəti hökumət 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər