Bütün xəbərlər
Lukaşenko bildirib ki, Əsəd diktator deyil və heç kimi öldürməyib
Tarix: 10-12-2024 20:22 | Bölmə: Manşet

Suriya prezidenti postunu tərk edən Bəşər Əsəd diktator deyil və heç vaxt heç kimi öldürməyib, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika başçısı “Pojsnab” müəssisəsinin işçiləri ilə görüşündə Əsədi çoxdan tanıdığını və onunla yaxşı insani münasibətləri olduğunu qeyd edib.
"O, diktator deyil. O, heç vaxt heç kimi öldürməyib", - deyə, Lukaşenko bildirib.
Bəşər Əsəd 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini oftalmoloq ixtisası üzrə bitirmiş, bir neçə il Tişrin hərbi xəstəxanasında oftalmoloq vəzifəsində çalışmış, 1992-1994-cü illərdə Londondakı Western Eye Hospital oftalmologiya mərkəzində təhsil almışdır.
Lukaşenko əlavə edib ki, o, Bəşər Əsədin atası Hafiz Əsədlə yaxşı tanışdır. Belarus lideri vurğulayıb ki, Suriyanı dövlət kimi yaradan Hafiz Əsəddir.
Belarus rəhbəri bundan əvvəl Əsədin devrilməsinin Qərb dövlətləri, xüsusilə də ABŞ üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, səbəblərdən biri Suriyanın zəngin olduğu neft və qaz ola bilər.
Dekabrın 8-i səhər saatlarında silahlı Suriya müxalifəti Suriyanın paytaxtı Dəməşqi işğal edib, prezident Bəşər Əsəd və ailəsi Suriyanı tərk edərək Rusiyadan sığınacaq alıb.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər