12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Trampın həbsdə olan keçmiş müşaviri yeni administrasiyaya qoşulacaq
Tarix: 05-12-2024 01:56 | Bölmə: Manşet

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Piter Navarronu özünə müşavir təyin edəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  qeyd olunur ki, Navarro Kapitoliyə hücumla bağlı istintaq çərçivəsində ifadə verməkdən imtina etdiyi üçün 4 ay həbs cəzası çəkib.
“Dərin Dövlət tərəfindən dəhşətli rəftar edilən Piter Navarro, mənim ticarət və istehsalat üzrə baş məsləhətçim olacaq”, Tramp Truth Social səhifəsində yazıb.
Navarro Donald Tramp administrasiyasının həbs cəzasına məhkum edilən ilk yüksək vəzifəli üzvlərindən biridir. O, ticarət müşaviri vəzifəsində çalışırdı və 2021-ci ilin əvvəlində Trump tərəfdarları tərəfindən Kapitoliyaya hücumu ilə bağlı istintaqın bir hissəsi olaraq ifadə verməkdən və ya sənədləri təqdim etməkdən imtina etdiyinə görə dörd ay həbs cəzası aldı.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər