12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
Kadırov: "Xüsusi əməliyyatın başa çatmasına çox vaxt qalıb
Tarix: 05-12-2024 00:35 | Bölmə: Manşet

Ukraynada xüsusi əməliyyatın başa çatmasına çox vaxt qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bölgə sakinləri ilə birbaşa əlaqə zamanı deyib.
O qeyd edib ki, atışmalar davam edəcək, çünki hər zaman döyüş və müharibədən sonrakı hadisələrdə müharibənin bitməməsində maraqlı olan insanlar olur, çünki onlar bundan pul qazanırlar.
“Mən əminəm ki, müharibənin bitməsinə çox vaxt qalmayacaq”, - Kadırov vurğulayıb.
Həmçinin birbaşa xətt zamanı Çeçenistan rəhbəri ABŞ-ın seçilmiş prezidenti Donald Trampı “kişi olduğunu sübut etməyə” və Ukrayna münaqişəsinə son qoymaq vədini yerinə yetirməyə çağırıb.




Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər