20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
Baş nazirin müavini: “Ağdərənin yeni azad olunmuş ərazisində salınmış şəhərcik ikinci qayıdışdır” -MÜSAHİBƏ
Tarix: 25-12-2017 14:58 | Bölmə: Manşet
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun APA-ya müsahibəsi

- Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində görülən işlər barədə danışmağınızı istərdik...
- Hələ ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə qaçqın və məcburi köçkün problemi ilə məşğul olmağa başladı. Çox təəssüflər olsun ki, əvvəlki hakimiyyətin dövründə çoxlu problem yaranmışdı, qaçqın və məcburi köçkünlər xaotik şəkildə, kim harada gəldi, yerləşmişdi. Prosesi idarə edən, onları istiqamətləndirən olmamışdı. Çünki sistem pozulmuşdu, idarəçilik yox idi. İnsanların durumu pis, dolanışıq çətin idi. Onsuz da SSRİ parçalanandan sonra iqtisadiyyatımız sıfır vəziyyətinə düşmüşdü, hökumətdə o insanları təmin etmək üçün heç bir vəsait yoxuydu. Heydər Əliyev, ilk növbədə, beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsini təmin etdi. Heydər Əliyev humanitar təşkilatların Azərbaycana gəlməsini təmin etməsəydi, ölkədə humanitar böhran, fəlakət baş verəcəkdi və bunun qarşısı da alınmaz olacaqdı. Ulu öndərin uzaqgörənliyinin bəhrəsini o zaman gördük. Beynəlxalq təşkilatlar Azərbaycana dəvət edildi, ölkəyə 80-ə qədər humanitar təşkilat gəldi. Bir il ərzində beynəlxalq humanitar təşkilatlar 70-80 milyon dollarlıq proqram həyata keçirməyə və bizim 1 milyon qaçqın və məcburi köçkünümüzə yardım etməyə başladı. İlk növbədə, BMT, ABŞ, Avropa, Türkiyə və İranın humanitar təşkilatları Azərbaycana gəldi. Biz bunu yaddan çıxarmamalıyıq. O zaman bizim vəsaitimiz yox idi. Təsəvvür edin ki, o dövrdə beynəlxalq humanitar təşkilatlar bir il ərzində qaçqın və məcburi köçkünlərə 80 milyon dollar sərf edirdi, Azərbaycan hökuməti isə çətinliklə 500 min dollar ayıra bilirdi. Çünki Azərbaycan hökumətinin vəsaiti yox idi. Ulu öndərin ən böyük töhfəsi humanitar böhranın, fəlakətin qarşısının alınması oldu. Bununla Heydər Əliyev həm də dövlətin dağılmasının qarşısını aldı. Zarafat deyil, 1 milyon insan ortada qidasız, vəsaitsiz qalmışdı. Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin sistemli həlli üçün mexanizm qurmağa başladı. Bu gün prezident İlham Əliyev o mexanizmi təkmilləşdirərək dünyaya göstərdi ki, bu sahədə Azərbaycan modeli var. Bu gün dünya miqyasında qaçqın və məcburi köçkünlərin idarə olunma sistemi, mexanizmi Azərbaycan brendidir. Hökumətin son hesabatı zamanı Azərbaycan prezidenti çıxışında bunu qeyd etdi. Bu, həqiqətdir. Baxın, 1 milyon qaçqın və məcburi köçkün gələn zaman Azərbaycanın 7 milyon əhalisi vardı, hər 7 nəfərdən biri qaçqın idi. İndi təbii artım hesabına qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 min nəfərə çatıb, ölkənin əhalisi isə 10 milyon nəfərdir. 25 illik qaçqın və məcburi köçkünlük tarixi var, mən 20 ildir ki, bu sahədə çalışıram, prezidentin bu sahədə tapşırıqlarını yerinə yetirirəm. Bu 25 ildə bir dəfə də olsun Azərbaycanda qaçqınların kütləvi problemi ortaya çıxmayıb, kütləvi narazılıq olmayıb. Demirəm ki, heç bir problem olmayıb, olub, amma o problem ulu öndər Heydər Əliyevin qurduğu mexanizm və prezident İlham Əliyevin bu mexanizmi Azərbaycan brendinə çevirməsinin hesabına yoluna qoyulub. Problemlər həm danışıqla, həm də görülən işlər hesabına yoluna qoyulub.

- Ötən dövr ərzində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə hansı həcmdə vəsait sərf edilib?
- Ötən dövrdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,6 milyard manat sərf edilib. Bu vəsaitin 3,1 milyard manatı dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, 2,1 milyard manat Dövlət Neft Fondundan məcburi köçkün qəsəbələrinin tikintisinə ayrılıb, 1,4 milyard manat isə beynəlxalq humanitar təşkilatların qoyduğu vəsaitdir. Bu günə qədər 97 müasir qəsəbə tikilib. Bu yaxınlarda da Tərtərdə böyük şəhərcik açıldı. Bu 97 qəsəbəyə 53 min ailə, 265 min nəfər köçürülüb. Həmin qəsəbələrə ilkin dövrdə köçürülənlərin 10 min nəfəri qaçqın olub, qalanların hamısı məcburi köçkündür. O şəhərciklərdə 53 min mənzil, 157 məktəb, 60 mədəniyyət obyekti, 59 tibb müəssisəsi, 61 uşaq bağçası, 2 Olimpiya Kompleksi tikilib. Görülən bu işlərin və ayrılan vəsaitin 95 faizi son 14 ilin payına düşür. Bu işlər prezident İlham Əliyevin 14 illik fəaliyyəti dövründə həyata keçirilib. Beləliklə, qaçqın və məcburi köçkünlərin idarə edilməsi ilə bağlı Azərbaycan brendi yaradılıb. Görürsünüz ki, Avropada nə baş verir. 500 milyonluq Avropa 1 milyon miqrantın əlində əsir-yesir qalıb. Qoca, qadın, uşaq demirlər, səhərdən axşama qədər o tərəf, bu tərəfə qovurlar. Bəs ərazi və əhali baxımından kiçik olan Azərbaycan dövlət təkbaşına bu problemin öhdəsindən necə gəlib? Ulu öndərin qurduğu mexanizm və prezident İlham Əliyevin o mexanizmi təkmilləşdirərək Azərbaycan brendinə çevirməsinin hesabına bu problemin öhdəsindən gəlinib. Ona görə də təsadüfi deyil ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanı qurumun İcraiyyə Komitəsinin üzvü seçdi. BMTQaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin illik iclaslarında səsvermə hüququ ilə iştirak edirik. BMT-nin hazırkı baş katibi Antonio Guterriş Qaçqınlar üzrə Ali Komissarlıqda ali komissar kimi 10 il işlədi. O, Qaçqınlar üzrə Ali Komissarlığının 150-160 ölkənin nümayəndəsinin iştirak etdiyi hər illik sessiyasında çıxışında deyirdi ki, Azərbaycan dövlətinin, prezidentinin öz qaçqın və köçkünləri üçün gördüyü işlər dünya üçün bir nümunədir. Yəni bunu biz demirik.
Bu gün Azərbaycana gələnlər heyran qalırlar, bunu da biz demirik. Bütün görülən bu işlər elə-belə başa gəlməyib. Çox böyük zəhmət, əziyyət, bilik və bacarıq, çox geniş miqyaslı akademik proqnozlaşdırma hesabına bu işlər həyata keçirilib. Təbii ki, bu işə birinci vitse-prezident Mehriban Əliyeva da qoşuldu. Mehriban Əliyeva birinci xanım olaraq dünyanın birinci xanımları arasında ən yüksək səviyyəyə qalxdı. Mehriban Əliyeva xanım kimi Azərbaycan xanımlarını dünyaya tanıtdı. Əgər Azərbaycan prezidenti Azərbaycan dövlətini, xalqını tanıdıb, dünyaya inteqrasiyasını təmin etdisə, Mehriban Əliyeva Azərbaycan xanımlarını dünyaya tanıtdı. Düzdür, əvvəllər də Azərbaycanı dünyaya tanıdanlar olub, amma bu miqyasda olmayıb. Əvvəla, Mehriban Əliyeva böyük ziyalı ailəsində dünyaya göz açıb, böyüyüb, ziyalılığı oradan götürüb, ancaq çox böyük siyasi məharəti, bacarığı həm də Heydər Əliyevin ailəsindən alıb. Mehriban Əliyeva bu gün tək qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə deyil, mədəniyyət, təhsil, tibb, idman, incəsənət sahələri ilə də məşğuldur. Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı və bütün dünya tərəfindən çox yüksək dəyərləndirildi, yüksək səviyyədə qəbul olundu, bu təyinatın çox yerində və düzgün olduğu vurğulandı. Mehriban Əliyeva birinci müşavirəsini qəzalı binalarda yaşayan məcburi köçkünlərin köçürülməsinə həsr edildi. Həmin müşavirədə tapşırıq verildi ki, 1 il ərzində 4 min məcburi köçkün ailəsi qəzalı binalardan köçürülməlidir. Bu prosesdən 5-6 ay keçib, artıq 900 ailəni qəzalı binalardan köçürmüşük. İnşallah, gələn ilin avqustuna qədər Mehriban Əliyevanın tapşırığı birmənalı təmin olunacaq, 4 min ailənin köçürülməsi başa çatacaq. Təbii ki, bu işlər prezidentin rəhbərliyi altında həyata keçirilir. Çünki prezident də bu istiqamətdə öz tapşırıqlarını verir.

Prezident İlham Əliyev 97 qəsəbənin 33-nün açılışında şəxsən iştirak edib. Bu yaxınlarda Tərtərdə 1170 ailəlik böyük bir şəhərcik istifadəyə verildi. Burada da maraqlı bir məqam var.
- Söhbət hansı məqamdan gedir?
- Son 200 ildə Azərbaycan torpaqları ermənilər tərəfindən tədricən işğala məruz qalıb. Göyçə, Zəngəzur, 1988-1993-cü illərdə Qarabağ da daxil olmaqla, torpaqlarımızın 20 faizi işğal olunub. 200 il ərzində ermənilər tərəfindən işğal olunmuş torpaqların 1 kvadratmetri belə geri qaytarılmamışdı. Maraqlı bir məqamı ilk dəfə sizə açıqlayıram. 200 ildə zəbt olunan torpaqların bir qismi ilk dəfə 1993-cü ilin dekabrında Horadiz əməliyyatında ulu öndər Heydər Əliyev tərəfindən geri qaytarıldı. Fizuli rayonunun işğal altındakı bir çox kəndləri, minlərlə hektar torpaq, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. İlk dəfə Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması prosesi başladı. Bu prosesi Heydər Əliyev başlatdı, 2016-cı ili aprel döyüşlərində prezident İlham Əliyev bunu davam etdirdi, Lələ təpə, Talış yüksəkliyi azad edildi. Talış yüksəkliyi hesabına 10 min hektarlarla torpaq azad olundu. Lələ Təpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinin bərpasına şərait yarandı. Kəndin bərpası üçün təcili sərəncamlar verildi, 50 ev və məktəb tikintisi, o cümlədən Şuşaməscidinin bənzərinin inşasına başlandı. İki ay müddətində prezidentin tapşırığı ilə kənd bərpa edildi. Digər tərəfdən, bundan əvvəl dövlət başçısının tapşırığı ilə Azərbaycandakı bütün xarici ölkə səfirlərinin və akkreditasiya olunmuş KİV nümayəndələrinin kəndə səfəri təşkil edildi. Bir gündə bütün dünyaya göstərildi ki, ermənilər 4 ay işğal altında saxladıqları Cocuq Mərcanlı kəndini hansı vəziyyətə qoyublar.

Tərtərdə 1170 ailəlik şəhərcik salınması məsələsinə toxunmaq istəyirəm. Əslində, yeni şəhərcik Ağdərənin işğaldan azad olunmuş torpağında salınıb. Vaxtilə ermənilər Ağdərənin bir neçə kəndinin adını dəyişmişdilər, o kəndlərin tarixi adları bərpa edildi. Prezidentin tapşırığı ilə Ağdərənin həmin ərazisində bu şəhərcik tikildi. Bu, ikinci bərpa obyektidir, ikinci qayıdışdır, bunu ilk dəfə açıqlayıram. Biz deyirdik ki, Böyük Qayıdışın başlanğıcı Cocuq Mərcanlıdır. Bu qayıdış davam edir. Ağdərənin azad edilmiş torpaqlarında yeni şəhərcik tikildi. Ermənilər hər gün o şəhərciyə baxır və gözləri dağlanır.
Ermənilər həmişə deyirlər ki, 5-6 əsrdir ki, Dağlıq Qarabağda yaşayırlar, bunu bütün dünyaya yayırlar. Biz də ermənilərin yalan danışdıqlarını bildiririk. Keçən il prezidentin tapşırığı ilə məşhur abidənin yeri tapıldı. Adını Marquşəvan qoyduqları Şıxarx kəndində abidənin yeri aşkarlandı. Hansı ki, Türkmənçay müqaviləsi əsasında İranın Marağa kəndindən ermənilər 1828-ci ildə həmin kəndə köçürülüblər. 1978-ci ildə həmin ermənilər Marağadan köçürülmələrinin 150 illiyini qeyd ediblər, Şıxarxda “Marağa-150” abidəsini ucaldıblar. 1988-ci ildə ermənilər o abidəni dağıdıblar. Ancaq dağıdılan abidənin bir hissəsi orada qalmışdı. Keçən il təsadüfən bu, aşkarlandı və prezidentə məruzə olundu. Prezident tapşırıq verdi ki, bu istiqamətdə ciddi iş görülsün, ora abadlaşdırıılsın və ölkəyə gələn bütün xarici təşkilatlara göstərilsin. Prezidentin tapşırığı ilə mən Sankt-Peterburqa bir qrup göndərdim, keçmiş SSRİ-nin arxivi oradadır. Arxivdə fars dilində 200 səhifədən yuxarı Türkmənçay müqaviləsi tapıldı. Həmin müqaviləni Azərbaycan, rus və ingilis dilinə tərcümə etdik. Eyni zamanda çarın ermənilərin Marağadan Şıxarxa köçürülməsi ilə bağlı sərəncamlarını tapdıq. Çar bununla bağlı 5-6 sərəncam verib. Çarın Qriboyedova tapşırıqlarını, Qriboyedovun çara məruzələrini tapdıq. Çarın tapşırığı ilə o vaxt Maşko adlı rus rəssamı göndərilib, Marağadan Şıxarxa qədər köç prosesini təsvir edən portretləri çəkib. Həmin portretlərin surətini çıxardıq. Prezident bütün bunların hamısını Şıxarxda qurmağı tapşırdı. O abidənin ətrafını abadlaşdırdıq, stendlər qurduq. Və xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV, yerli medianın oraya səfəri təşkil olundu. Bütün diplomatlar bir daha canlı olaraq erməni yalanının şahidi oldular. Dedik ki, buyurun, ermənilər deyirlər ki, 5-6 əsrdir, bu torpaqlarda yaşayırlar, ancaq bu abidəni ermənilər Qarabağa köçürülmələri ilə bağlı özləri ucaldıblar. Hətta Sankt-Peterburqda arxivdə çox məşhur bir erməni tarixçinin də yazısını tapdıq. Həmin erməni tarixçi 1930-cu ildə yazır ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilərin Dağlıq Qarabağ ərazisinə heç bir aidiyyəti yoxdur. Həmin yazının da arxiv materialı kimi surətini çıxarmışdıq. Səfirlərə bu da nümayiş etdirildi. Ermənilər təlaş içərisindədirlər. 25 ildir, yalan danışırlar, bu abidə ilə bir daha sübut olundu ki, onlar genetik xəstədirlər. Yalan danışmaq, başqasının torpağına göz dikmək ermənilərin genetik xəstəliyidir. Ulu öndərin dövründən başlayaraq, daha sonra isə prezident İlham Əliyev tərəfindən işğal altındakı torpaqlar azad edilməkdədir. Heç bir şübhə yoxdur ki, Şuşaya, Xankəndinə getməyə az qalıb. Ermənistan dağılır, bu ölkədə insan qalmayıb, qalanlar da silah zoru ilə saxlanılır. Suriyadan erməniləri gətirib Dağlıq Qarabağa yerləşdirirlər, onlar da orada qalmayacaq, qaçıb gedəcəklər. Sərkisyan rejiminin öz xalqına verdiyi bunlardır. Biz tam əminik ki, çox qısa zamanda o torpaqlar tədricən azad olunacaq, öncəki vəziyyətlərindən 10 dəfə, 20 dəfə gözəl rayon mərkəzləri, şəhərlər, şəhərciklər salınacaq. Azad edilmiş iki yerdə prezidentin sərəncamı ilə 100 ev də tikilib, artıq yaxın günlərdə həmin evlərə köçürülmə başlanacaq. Artıq Cocuq Mərcanlıda 150 ev var. Çox maraqlıdır ki, yerli əhali ilə bərabər, başqa rayonların sakinləri də Cocuq Mərcanlıya köçmək üçün prezidentə müraciət edirlər. Azərbaycan vətəndaşının öz torpağına, doğulduğu yerə, Vətəninə münasibəti budur. Ancaq beynəlxalq təşkilatlar bizə deyirdi ki, məcburi köçkünlər geri qayıdacaqlarmı?! Buyursunlar, görsünlər. Bu, Azərbaycan vətəndaşının torpağına, dövlətinə münasibəti, o da ermənilər. İnşallah, o torpaqlar azad olunacaq, o insanlar da ləyaqətlə o torpaqlara qayıdacaqlar. Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin son 25 ildə gördükləri işlərin çox az, 1 faizini danışdım. Onların gördükləri işlər barədə günlərdə danışmaq mümkündür.

- Qarşıdan Yeni il gəlir. Arzularınızı bilmək istərdik...
- Ölkə prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın gündəlik fəaliyyəti nəticəsində 2017-ci il də çox uğurla başa vurulur. Baxmayaraq dünyada kritik bir maliyyə böhranı var, bizdə bu problem arxada qalıb. Əvvəlki illər kimi hətta bu il həm iqtisadi inkişafımız, həm də kənd təsərrüfatı sahəsi, siyasi məsələlərin həlli, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində görülən işlər kifayət qədərdir.
Fürsətdən istifadə edib qarşıdan gələn bayramlar - həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ölkə prezidenti cənab İlham Əliyevi, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı bütün bu gördükləri işlərə, xalq, millət və dövlət üçün çəkdikləri əziyyətə, Azərbaycan xalqının rifahı üçün çalışdıqlarına, qısa müddət ərzində bütün dünyaya tanıtdıqlarına görə, Azərbaycanın dünyaya inteqrasiyasını tam təmin etdiklərinə görə səmimi qəlbdən bir milyondan çox qaçqın və məcburi köçkün adından təbrik edirəm, onlara möhkəm cansağlığı arzu edirəm, gələcək işlərində böyük uğurlar diləyirəm. Eyni zamanda məcburi köçkün və qaçqınlarımızı da bu bayramlar münasibətilə təbrik edirəm, onlara cansağlığı arzulayıram. Onlar əmin olsunlar ki, ölkəni qısa müddətdə bu vəziyyətə çatdıra bilən ölkə prezidenti və birinci vitse-prezident digər işğal altında olan torpaqlarımızı azad edəcəklər, o yerlərdə bu qəsəbələrdən də gözəl tikilmiş bir gözəllik yaradacaqlar və siz hörmətli qaçqın və məcburi köçkünlər ləyaqətlə öz doğma yurdlarınıza qayıdacaqsınız.
]
Baxış sayı: 559
Bölməyə aid digər xəbərlər

Dünən, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
Dünən, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
26-10-2026, 20:54
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
26-10-2026, 09:16
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır