Bütün xəbərlər
Rusiya prezidenti deyib ki, Qarabağda baş verənlərin KTMT ilə heç bir əlaqəsi yoxdur
Tarix: 28-11-2024 19:49 | Bölmə: Manşet

Dağlıq Qarabağla bağlı hadisələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aidiyyatı olmayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı Ermənistana qarşı heç bir təcavüzün olmadığını və KTMT-nin öz üzvlərini xarici təcavüzdən qorumağa çağırıldığına diqqət çəkib. Putin vurğulayıb ki, Qarabağla bağlı hadisələrin özünəməxsus xüsusiyyətləri var. “Axı Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və sözsüz ki, Qarabağı öz dövlət perimetrinə daxil etməyib”, - deyə, prezident izah edib. Bu o deməkdir ki, Vladimir Putinin qeyd etdiyinə görə , Qarabağda baş verənlərin hüquqi nöqteyi-nəzərdən Ermənistanla birbaşa əlaqəsi yoxdur.
Dövlət başçısı Ermənistan rəhbərliyinin KTMT-nin guya bu ərazidə döyüşməli olması barədə fikirlərini qəribə görüb. Eyni zamanda, Vladimir Putin Dağlıq Qarabağ məsələsini çox həssas adlandırıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqillik Bəyannaməsini ermənilər üçün ən böyük problem və faciə adlandırmışdı.





Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər