Bütün xəbərlər
Borrell: "Putin və Tramp tezliklə danışıqlar masasına oturub Ukraynanı müzakirə edəcəklər"
Tarix: 22-11-2024 18:10 | Bölmə: Manşet

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiya lideri Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın vaxtlarda Ukraynadakı vəziyyəti müzakirə etmək üçün danışıqlar aparacaqları barədə fikir bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə o, Cadena SER radiostansiyasına müsahibəsində danışıb.
Borrell bu yaxınlarda Ukraynaya səfər etdiyini və Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə mümkün danışıqlarla bağlı söhbət etdiyini vurğulayıb.
“Hər şey onu göstərir ki, Tramp və Putin danışıqlar masası arxasına əyləşəcək, Ukrayna isə menyuda olacaq”, - Borrell bildirib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Zelenski Rusiya Federasiyası və ABŞ-ın hazırladığı qərarı qəbul etməyəcək.
Borrelin sözlərinə görə, əksər Avropa ölkələri Ukraynaya yardımı davam etdirməyə hazırdır. Borrell həmçinin xatırladıb ki, o, Kiyevin Rusiya Federasiyasının dərinliklərində hücumlar təşkil etməyə icazə verilməsi qərarını həmişə dəstəkləyib.
Daha əvvəl "Bloomberg"in köşə yazarı Andreas Kluth Putin və Trampın tezliklə Ukrayna münaqişəsinin həllinin mümkün yollarını müzakirə edə biləcəyini təklif etmişdi. Klutun sözlərinə görə, ABŞ-ın danışıqlarda mövqeyi Co Baydenin Ukrayna ordusuna Amerika raketləri ilə Rusiya ərazisinin dərinliklərinə hücum etməyə icazə vermək qərarından sonra daha da mürəkkəbləşib. Analitik əlavə edib ki, bu, Trampın gələcək addımlarını daha da az proqnozlaşdırılan edib. Həmçinin bildirilib ki, NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahına səfər etməyi planlaşdırır. Görüşün əsas məqsədi Trampı Ukrayna münaqişəsində Rusiyaya güzəştə getməməyə inandırmaqdır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər