Bütün xəbərlər
Lavrov: "Tramp sülhə can atması ilə bağlı bəyanatları dəstəkləməyə layiqdir"
Tarix: 19-11-2024 20:38 | Bölmə: Manşet

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada sülhün bərqərar olmasının zəruriliyi ilə bağlı bəyanatları dəstəyə layiqdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Müharibə deyil, sülh istədiklərini bəyan edən siyasətçilər...mənə dəstək olmağa layiq görünür"- o, G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, o, Trampın Ukrayna ilə bağlı mövqeyini təxmin edə bilmir.
Lavrov xatırladıb ki, Moskva Ukrayna böhranı ilə bağlı Çin və Braziliyadan gələn dinc təşəbbüsləri də alqışlayır.
Bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, yenidən ABŞ prezidenti seçildikdən sonra 24 saat ərzində Ukrayna münaqişəsinin həllinə nail olmaq niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynada vəziyyət bir gündə həll edilə bilməyəcək qədər mürəkkəbdir.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər