Bütün xəbərlər
MAQATE: Ukraynadakı atom elektrik stansiyaları elektrik enerjisi istehsalını azaldıb
Tarix: 17-11-2024 20:12 | Bölmə: Manşet

Ukraynanın atom elektrik stansiyaları (AES) noyabrın 17-də səhər saatlarında ölkənin enerji infrastrukturuna kütləvi hücuma görə elektrik enerjisi istehsalını azaldıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.
"Ölkənin enerji infrastrukturu son dərəcə həssasdır və bu, nüvə təhlükəsizliyinə birbaşa təsir göstərir. Biz hələ də zərərin tam həcmini qiymətləndiririk", - Qrossi bildirib.
Təşkilatın rəsmi saytındakı bir nəşrə görə, hazırda Ukraynada fəaliyyət göstərən 9 nüvə reaktorundan yalnız ikisi 100% gücündə elektrik enerjisi istehsal edir. Ukraynadakı atom elektrik stansiyalarında olan MAQATE qrupları hava hücumundan müdafiə və hava hücumu siqnallarını eşidib.
Rusiya ötən gecə Ukraynanın enerji infrastrukturuna kütləvi hücuma keçib. Bu obyektlər Ukraynanın hərbi sənaye kompleksinin fəaliyyətini təmin edirdi. Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, zərbələr “hərbi məhsullar istehsal edən müəssisələrə” də endirilib. Bütün planlaşdırılan hədəflər vurulub.






Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər