20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Əziz Prezidentimiz, Siz bir dünya liderisiniz!
Tarix: 24-12-2017 15:34 | Bölmə: Manşet

Əziz Prezidentimiz, Siz bir dünya liderisiniz!
Əziz Prezidentimiz, zati- aliləri İlham Əliyev! Doğum gününüz mübarək! Bu mübarək gündə Sizi və bütün Azırbaycan xalqını təbrik edirəm!
Siz Xəzər və Qara dəniz regionunda Azərbaycanı söz sahibi olan bir dövlətə çevirdiniz! Sizin yorulmaz fəaliyyətiniz sayəsində regionumuzdakı mühüm layihələr Azərbaycanın iştirakı olmadan həyata keçə bilməz.
Siz regionumuzda həlledici söz sahibi olan böyük lidersiniz!
Sizin İslam Əməkdaşlıq Təşkilatında, Avropa Şurasında yüksək reytinqiniz var!
Siz Azərbaycanda, regionumuzda və dünyada multikultural dəyərlərin bərqərar olması yolunda davamlı böyük işlər görən dünya liderisiniz!
Siz islam ölkələrinin iqtisadi və siyasi həmrəyliyinin yaradılması yolunda böyük işlər görürsünüz!
Sizin misilsiz fəaliyyətiniz dünyada islamın modernləşməsi prosesinə, dünya dinlərinin və sivilizasiyalarının yaxınlaşmasına mühüm töhfələr verir! Məhz bu səbəbdən də Siz dünya ölkələrinin rəhbərləri, dünya dinlərinin başçıları arasında yüksək nüfuz sahibisiniz!
Siz Azərbaycanın müasir modern iqtisadiyyatını yaradırsınız!
Siz Bakını dünyanın gözəl şəhərlərindən biri etdiniz!
Siz Azərbaycanın bütün şəhər və rayonlarında gözəlliklər yaratdınız!
Siz Azərbaycan ordusunu dünyanın güclü ordularından biri etdiniz!
Əziz Prezidentimiz, zati-aliləri! Sizi doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və yaxınlaşmaqda olan Yeni il münasibətilə özüm və ailəm adından təbrik edirəm! Sizə, ailənizə can sağlığı, Azərbaycana yüksək inkişaf, rifah və böyük qələbələr arzulayıram!
Prof.Dr. Qüdrət İsaqov



Baxış sayı: 849


Bölməyə aid digər xəbərlər