Bütün xəbərlər
Putin Səudiyyə Ərəbistanı Nazirlər Şurasının sədri ilə danışıb
Tarix: 13-11-2024 19:46 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
“Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyət müzakirə edilib, Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı fundamental yanaşmalarının praktiki olaraq üst-üstə düşdüyü qeyd edilib”, - deyə, məlumatda bildirilir.
Söhbət zamanı tərəflər Rusiya ilə Səudiyyə Ərəbistanı arasında dostluq və qarşılıqlı faydalı münasibətlərin səviyyəsindən məmnunluq ifadə edərək, siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə onların sonrakı genişlənməsinə sadiq olduqlarını qeyd ediblər. Bundan əlavə, OPEC Plus çərçivəsində dövlətlər arasında sıx qarşılıqlı əlaqənin davam etdirilməsinin vacibliyi vurğulanıb, qlobal enerji bazarında tarazlığın təmin edilməsi üçün atılan addımların effektivliyi və vaxtında atılması təsdiqlənib.
Rusiya lideri və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Kazanda uğurlu BRİKS sammiti ilə bağlı fikir mübadiləsi aparıb və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər