Bütün xəbərlər
Hər bir azərbaycanlının Prezidenti doğum günlərini harda keçirir?
Tarix: 24-12-2017 14:43 | Bölmə: Manşet
24 dekabr Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin doğum günüdür.Özünü hər bir sadə azərbaycanlının prezidenti  hesab edən bu böyük insan həyatının ən əlamətdar gününü sadə bir şəkildə, xalqın arasında keçirməyi çox sevir.
 İlham Əliyevin  ad günlərini necə qeyd etməyi ilə maraqlandım.Indi onları sizə təqdim edirəm.
2011- ci ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti ad gününü ailəsi ilə birlikdə cəbhə bölgəsində əsgərlərlə birlikdə keçirdi.Bu vaxt onun 50 yaşı vardı. Yubileyini cəbhədə ,əsgərlərlə birlikdə qeyd etdi.
2012 - ci il 24 dekabrda 51 yaşını Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün tikilmiş 12 mərtəbəli 96 mənzilli binanın açılışında qeyd etdi.


2013- cü il dekabrın 24 - də öz ad gününü Ramana qəsəbəsində sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin açılışında iştirak etməklə qeyd etdi.
2014- cü ildə İlham Əliyev öz doğum gününü Ağ şəhərin inşası başa çatan ofis və layihəsinin açılışında qeyd etdi.
2015- ci ildə ad gününü Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılışında qeyd etdi.
2016- cı ildə köçkün ailəsi ilə birlikdə ad gününü qeyd edən Prezident üçün sadə xalqla bir yerdə olmaq ən böyük hədiyyədir.
2017-ci il Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.
Biz də cənab Prezidenti sabaha- inamla.az kollektivi adından təbrik edir,ona uzun ömür,cansağlığı ,Azərbaycanın inkişafı naminə bundan sonra da uğurlar arzu edirik!
Sabaha-inamla.az



Baxış sayı: 786


Bölməyə aid digər xəbərlər