Bütün xəbərlər
Gürcüstanın baş naziri: "Moldovada seçkilər araşdırılmalıdır"
Tarix: 11-11-2024 16:57 | Bölmə: Manşet

Moldovada keçirilən prezident seçkiləri araşdırılmalıdır, çünki orada kobud qanun pozuntuları qeydə alınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
“Görürsən ki, Moldovada seçki prosesində kifayət qədər kobud qanun pozuntuları olmasına baxmayaraq, orada heç bir araşdırma aparılmır”, o qeyd edib.
Kobaxidze bir qədər əvvəl Gürcüstanda keçirilən parlament seçkiləri zamanı görünməmiş kənar müdaxilənin qeydə alındığını bildirib.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər