Bütün xəbərlər
Tramp Baydenin 94 sərəncamını ləğv etmək istəyir
Tarix: 11-11-2024 16:46 | Bölmə: Manşet

ABŞ-ın 47-ci seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonrakı ilk həftədə sələfi Cozef Baydenin 94 fərmanını ləğv etmək niyyətindədir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Trampın seçki kampaniyasının sözçüsü Karolin Levitt "Fox News"ə bildirib.
O, Ağ Evin rəhbəri və vitse-prezident Kamala Harrisin Trampın əvvəlki prezidentlik dövründə müəyyən etdiyi effektiv siyasi kursdan uzaqlaşdıran onlarla sərəncam imzaladığını izah edib. Onun sözlərinə görə, bu, həm iqtisadi, həm də miqrasiya böhranına səbəb olub.
Levitt vurğulayıb ki, Tramp ilk administrasiyasının siyasətinə uyğun gəlməyən fərmanları ləğv etmək üçün yenidən seçilib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. İlkin nəticələrə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.Seçkilərin nəticələri dekabrda rəsmən təsdiqlənəcək.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər