Bütün xəbərlər
Mali xarici işlər naziri Abdoulaye Diop: "Rusiya ilə biz suveren ola bilərik"
Tarix: 09-11-2024 23:08 | Bölmə: Manşet

Rusiya ilə Afrika ölkələri suveren ola bilər. Bu barədə “Rossiya 24” telekanalının çəkiliş qrupuna Malinin xarici işlər naziri Abdoulaye Diop bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva regional güclərə silahlı qüvvələrini gücləndirmək və təhlükəsizliyi təmin etmək üçün kömək edir.
“Bizim üçün Rusiya strateji tərəfdaşdır və əvvəlkilər bizim maraqlarımızı təmin edə bilmədilər və onlardan asılılığımızı artırmaq üçün bizimlə neokolonializm ruhunda əməkdaşlıq etdilər, lakin biz Rusiya ilə suveren ola bilərik, silahlı qüvvələrimizi gücləndirə bilərik. Bundan başqa, biz neft sənayesi, bərpa olunan enerji və kömür sənayesində davamlı əməkdaşlıq gözləyirik”, - deyə, Diop bildirib.
Nazir Rusiya-Afrika Tərəfdaşlıq Forumunun birinci Nazirlər Konfransında iştirak edir. Sirius federal ərazisində baş verir.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər