Bütün xəbərlər
İqtisadçı Noqeyra: "Qərb hələ də çox güclüdür"
Tarix: 08-11-2024 21:45 | Bölmə: Manşet

Birləşmiş Ştatlar sönməkdə olan bir hegemondur, lakin yenə də hamıya böyük ziyan vurmağa qadirdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Yeni İnkişaf Bankının keçmiş vitse-prezidenti Paulo Batista Noqeyra deyib.
Onun sözlərinə görə, Braziliya və Rusiya amerikalıların ciddi təzyiqi altında qalmaqda davam edəcək.
"Qərb hələ də çox güclüdür. ABŞ sönməkdə olan bir hegemondur, lakin hələ də dünyada hər kəsə böyük ziyan vura biləcək əhəmiyyətli təsir və gücə malikdir. Ona görə də ölkələrimiz ciddi təzyiq altında olacaq", - Noqeyra bildirib.
O, əvvəllər bəyan etmişdi ki, hazırkı beynəlxalq valyuta-maliyyə sistemi Qərbin siyasi alətinə çevrilib.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər