Bütün xəbərlər
Von der Leyen: "Aİ Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdıracaq"
Tarix: 08-11-2024 19:46 | Bölmə: Manşet

Avropa İttifaqı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının lap əvvəlindən onunla yaxşı münasibətlər qurmağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Budapeştdə keçirilən Aİ sammitindən sonra o, “Yeni Tramp administrasiyasının başlanğıcından yaxşı münasibətlər qurmaq vacibdir” deyib.
AK rəhbəri qeyd edib ki, ABŞ Avropa İttifaqının ən böyük ticarət-iqtisadi tərəfdaşıdır.
"Biz müsbət transatlantik gündəmi təşviq etməyə davam edəcəyik"- fon der Leyen deyib.
Avropa Şurasının rəhbəri Çarlz Mişel Brüssellə Vaşinqton arasında əməkdaşlığın əsas istiqamətləri arasında iqtisadiyyat və təhlükəsizlik, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti qeyd edib.
Bundan əvvəl Aİ ölkələrinin liderləri Budapeştdə keçirilən sammitdə Ukrayna Silahlı Qüvvələri üçün yaraqlıların hazırlanması missiyasının müddətini iki il uzadıb və onun maliyyələşdirilməsinə 409 milyon avro ayırıblar.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər