Bütün xəbərlər
Slovakiyanın baş naziri Rusiya Federasiyası ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb
Tarix: 06-11-2024 20:55 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko rusofobiyanı qəbul etmədiyini və ilk fürsətdə Rusiya ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.
“Mən rusofobiyanı da rədd edirəm, bilirsiniz ki, imkan daxilində Rusiya ilə münasibətləri normallaşdırmaq və standartlaşdırmaq üçün hər şeyi edəcəyəm”.
Qeyd edək ki, baş nazir əvvəllər Moskva ilə dialoqun bərpa olunmalı olduğunu bəyan edib, həmçinin Aİ-nin, o cümlədən Ukrayna böhranı ilə bağlı siyasətini tənqid edib.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər