Bütün xəbərlər
Putin: "Ukrayna dilində gözəllik var, amma onu öyrənməyə məcbur olublar"
Tarix: 05-11-2024 18:28 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukrayna dilinin özünəməxsus cazibəsi var, lakin sovet hakimiyyəti heç vaxt bu dildə danışmayan DXR və LXR-də olan insanları bu dili öyrənməyə məcbur edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bütün Ukrayna mədəniyyəti kimi Ukrayna dilinin də öz gözəlliyi var, lakin ukraynalaşdırma kifayət qədər aqressiv və israrla aparılıb", - o, Rus Dilinə və Rusiyanın digər xalqlarına dəstək şurası zamanı qeyd edib.
Putin həmçinin bu keçmiş səhvləri təkrarlamamağa çağırıb.
Onun sözlərinə görə, rus dilini və Rusiya Federasiyası xalqlarının dillərini dəstəkləmək üçün mövcud siyasət təbii ehtiyaclara əsaslanmalı və yumşaq şəkildə aparılmalıdır. Əsas vəzifə dövlət quran rus dilini öyrənmək üçün hər cür şərait yaratmaqdır.
Bundan əvvəl Rusiya lideri rus dilinin dəstəklənməsi və təbliği sahəsində dövlət siyasətinin əsas layihəsinin hazırlanması barədə göstəriş vermişdi.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər