Bütün xəbərlər
NATO-nun baş katibi: "Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurmanın cəbhəsi Arktika və Baltikyanı bölgələrə keçir"
Tarix: 04-11-2024 21:36 | Bölmə: Manşet

Alyansın baş katibi Mark Rutte bildirib ki, Rusiya ilə NATO arasında qarşıdurma cəbhəsi artıq Ukrayna ilə məhdudlaşmır və Arktikaya doğru gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “cəbhə getdikcə (Ukraynanın) sərhədlərini aşaraq Baltikyanı regiona, Qərbi Avropaya və Uzaq Şimala doğru irəliləyir”, - deyə, RİA Novosti onun sözlərini sitat gətirib.
Rutte yenidən Moskvanı alyansı “zəiflətmək və parçalamaq” üçün NATO-ya üzv ölkələrin ərazisinə hibrid hücumları artırmaqda ittiham edib.
Əvvəllər Moskva dəfələrlə Rusiya sərhədləri yaxınlığında NATO qüvvələrinin və aktivlərinin yığıldığını bəyan edib. Eyni zamanda, Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün təhlükəli olan hərəkətləri cavabsız qoymayacaq.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər