Bütün xəbərlər
Lukaşenko: "Belarus xarici siyasətini sanksiyalarla bağlı korrektə edib"
Tarix: 04-11-2024 16:30 | Bölmə: Manşet

Belarus Qərbin sanksiyalarını nəzərə alaraq ticarət-iqtisadi siyasətini yenidən istiqamətləndirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz nəhəng dövlət deyilik, biz nəyisə satırıq”, - deyə, Lukaşenko Xarici İşlər Nazirliyi sisteminin bəzi məsələləri ilə bağlı məruzəsini dinləyib.
Belarus liderinin sözlərinə görə, vektor inkişaf etməkdə olan ölkələrə, xüsusən də Afrika və Latın Amerikası bazarına uyğunlaşdırılıb.
“Hansı dövlət başçıları ilə görüşdüm, onlar bizimlə əməkdaşlıq etmək istəyirlər".
Üstəlik, biz həm ŞƏT, həm də BRİKS-də çox fəalyıq”, - deyə, o əlavə edib.




Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər