Bütün xəbərlər
Tramp qalib gələrsə, Aİ Ukraynaya hərbi yardımı dəyişməyə hazırlaşır
Tarix: 03-11-2024 09:42 | Bölmə: Manşet

Avropa Birliyi ölkələri Donald Trampın qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi dəstəyinin dəyişə biləcəyinə hazırlaşır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “The Washington Post” qəzetində dərc olunan məqalədə qeyd olunduğuna görə, bu halda ABŞ-ın Avropadakı müttəfiqləri “transatlantik münasibətlərin pozulması”nın baş verə biləcəyini etiraf edirlər.
“Ağ Evin Ukrayna məsələsində mümkün yenidən istiqamətləndirilməsindən hedcinq etmək üçün Avropa rəsmiləri noyabr seçkilərindən əvvəl yardım paketlərini irəli sürməyə çalışıblar”, materialda deyilir.
Nəşr onu da yazıb ki, NATO-nun yeni komandanlığı Pentaqonla birlikdə hazırda Ukraynaya hərbi yardımı koordinasiya edir.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirmişdi ki, Donald Tramp inauqurasiyadan əvvəl Rusiyadan qoşunların xüsusi əməliyyat zonasından çıxarılmasını tələb edə bilər.





Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər