Bütün xəbərlər
Kadırov: "Çeçenistanda xüsusi təyinatlılar universitetinin binasının damı İHA hücumundan sonra yanıb"
Tarix: 29-10-2024 12:30 | Bölmə: Manşet

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, Qudermesdə pilotsuz təyyarənin hücumu nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binanın dam örtüyü yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kadırovun sözlərinə görə, ölən və xəsarət alan olmayıb.
Hadisə oktyabrın 29-da səhər saatlarında baş verib. Çeçenistan liderinin sözlərinə görə, dron hücumundan sonra universitetin ərazisindəki boş binanın damında yanğın baş verib. Hazırda yanğın söndürülüb. Hadisə ilə bağlı araşdırma aparılır. Bu, Çeçenistan Respublikasına ilk İHA hücumudur.
Kadırov onu da vurğulayıb ki, universitetin fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal rejimdə işləyir.
Bundan əvvəl bildirilmişdi ki, son 24 saat ərzində hava hücumundan müdafiə qüvvələri Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 64 pilotsuz uçan aparatı məhv edib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər