Bütün xəbərlər
Harris Yaxın Şərqdə gərginliyin azaldılmasını ABŞ-ın prioritetlərindən biri adlandırıb
Tarix: 26-10-2024 23:24 | Bölmə: Manşet

Yaxın Şərqdə gərginliyin azaldılması ABŞ-ın prioritetlərindən biridir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.
Harris bildirib ki, ABŞ diplomatları İsrail, Fələstin, Livan və İran arasında münaqişənin həlli üçün çalışırlar. Dövlət katibi Antoni Blinken bu məqsədlər üçün oraya səfər edib.
"Mən deyə bilərəm ki, region liderləri yekdildir və əlbəttə ki, Birləşmiş Ştatlar bu regionda gərginliyin artması deyil, (münaqişənin) deeskalasiyasına nail olunmasına qətiyyətlə inanır", - Harris jurnalistlərə zəng zamanı Miçiqanda deyib.
Bundan əvvəl Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin İrana hücumunu Tehranın suverenliyinin pozulması adlandırıb. Siyasətçi münaqişənin şiddətlənəcəyi təqdirdə onun ağır nəticələrindən ciddi narahatdır.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər