Bütün xəbərlər
Rosaviasiya: Qadağalar dövründə İran səmasında heç bir Rusiya təyyarəsi yox idi
Tarix: 26-10-2024 18:41 | Bölmə: Manşet

İsrailin İran ərazisinə endirdiyi zərbələrə görə Tehranın tətbiq etdiyi qadağa dövründə Rusiya aviaşirkətlərinə məxsus təyyarələr İranın hava məkanında uçmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, oktyabrın 26-da günün əvvəlində İran hakimiyyəti mülki təyyarələrin uçuşlarına qadağa qoyub.
“İranın aviasiya hakimiyyət orqanları tərəfindən verilən NOTAM (uçuş qadağası barədə bildiriş – Red.) dövründə bu ölkənin hava məkanında Rusiya aviaşirkətlərinin təyyarəsi olmayıb”, - RİA Novosti agentliyi Federal Hava Nəqliyyatından sitat gətirir.
Rusiya aviasiya departamenti xatırladıb ki, oktyabrın 2-də Rusiya təyyarələrinə Moskva vaxtı ilə saat 09:00-dan 19:00-dək İran, İsrail və İraqın hava məkanında uçmağı tövsiyə edib.
Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi məlumat vermişdi ki, İranın tətbiq etdiyi uçuş qadağaları səbəbindən iki xarici aviaşirkətin 6 təyyarəsi Rusiyaya uçan hava limanlarına qayıtmaq məcburiyyətində qalıb.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər