14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Modi Putinlə görüş təəssüratlarını Şoltsa danışıb
Tarix: 25-10-2024 20:19 | Bölmə: Manşet

Hindistanın baş naziri Narendra Modi Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putinlə Kazanda, eləcə də Ukrayna hakimiyyəti ilə görüşünün təəssüratlarını bölüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin müavini Vikram Misri danışıb. Onun sözlərinə görə, Şoltsla söhbəti zamanı Modi Ukrayna və Qərbi Asiya ilə bağlı məsələləri qaldırıb. Bu mövzular "iki lider arasında ətraflı müzakirə olunub", diplomat bildirib. Bu görüşün təfərrüatları verilmir.
Misri əlavə edib ki, Hindistan bitərəfdir və Ukraynadakı münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır.
Narendra Modi və Vladimir Putin oktyabrın 22-də BRİKS-in 16-cı sammitinin keçirildiyi Kazanda görüşüblər. Danışıqlar zamanı Hindistanın baş naziri qeyd edib ki, son üç ayda onun Rusiya Federasiyasına ikinci səfəri iki ölkə arasında möhkəm dostluq münasibətlərinə dəlalət edir. Modi Rusiya liderini gələn il Dehliyə də dəvət edib.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər