Bütün xəbərlər
Baş nazirin müavini Vulin: "BRİKS ölkələrindən heç biri Serbiyaya təzyiq etməyəcək"
Tarix: 23-10-2024 21:39 | Bölmə: Manşet

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin “Rossiya 24” telekanalında çıxışı zamanı BRİKS ölkələrindən heç birinin Belqrada təzyiq göstərməyəcəyinə və tədbir görülməsini tələb etməyəcəyinə əmin olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Serbiyanın BRICS sammitində özünü dost kimi hiss etdiyini vurğulayıb.
“Bilirik ki, BRİKS ölkələrindən heç biri Serbiyaya təzyiq etməyəcək, heç nə tələb etməyəcək, heç kim bizdən Kosovonu tanımağı və ya Avropa İttifaqına qarşı sanksiyalar tətbiq etməyi tələb etməyəcək, heç kim bizi istəmədiyimiz bir şeyi etməyə məcbur etməyəcək"- Vulin deyib.
O əlavə edib ki, bir sıra BRİKS ölkələri nüvə gücləridir, lakin onlar heç vaxt Serbiyanın qarşısında öz gücləri ilə öyünməyəcəklər.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər