Bütün xəbərlər
Pezeşkian: "Biz dünya iqtisadiyyatının de-dollarizasiyasını gücləndirməliyik"
Tarix: 23-10-2024 15:58 | Bölmə: Manşet

İran prezidenti Məsud Pezeşkian BRİKS ölkələrini dünya iqtisadiyyatının de-dollarizasiyasını aktivləşdirməyə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, bunu Kazanda keçirilən BRİKS sammitində bəyan edib.
İran liderinin sözlərinə görə, de-dollarizasiya prosesinə BRİKS valyutaları səbətinin, eləcə də yeni ödəniş mexanizmlərinin tətbiqi kömək edəcək.
“Qlobal iqtisadiyyatda dolların hökmranlığını azaltmaq üçün indiyədək görülən səylər gücləndirilməli və BRİKS valyuta səbətinin yaradılması və dollardan asılı olmayan yeni hesablaşma mexanizmi kimi operativ həllər vasitəsilə həyata keçirilməlidir”. Bunu Kazanda keçirilən BRİKS sammitində çıxışı zamanı deyib.
Pezeşkian həmçinin BRİKS ölkələrini təşkilata üzv ölkələr arasında milli valyutalar əsasında qarşılıqlı hesablaşmalar sisteminin təkmilləşdirilməsi yolları üzərində düşünməyə çağırıb.
İran prezidentinin sözlərinə görə, BRİKS-də əməkdaşlıq Amerikanın başqa ölkələrə nəzarət etməyə kömək edən silah və siyasi alətə çevirdiyi dolların hegemonluğunu ləğv edəcək.
Bundan əvvəl “The New York Times” yazmışdı ki, Qərb sanksiyaları BRİKS ölkələrinin dollardan asılılığını azaltdıqca onlara təsirini itirir.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər