Bütün xəbərlər
Zelenski enerji obyektlərinə qarşılıqlı zərbələrdən imtina etməyi təklif edib
Tarix: 23-10-2024 08:00 | Bölmə: Manşet

Vladimir Zelenski deyib ki, Ukrayna münaqişəsinin tərəfləri bir-birlərinin enerji obyektlərinə hücum etməmək barədə razılığa gəlməlidirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Ukraynadakı münaqişənin qaynar fazasına son qoymaq üçün tərəflər enerji infrastrukturu obyektlərinə zərbələr endirməyi dayandırmalıdır, Vladimir Zelenski "The Financial Times" qəzetinə müsahibəsində deyib.
"Biz onların enerji infrastrukturuna hücum etmirik, onlar bizimkilərə hücum etmirlər" deyib.
Zelenskinin sözlərinə görə, bu, münaqişənin qaynar mərhələsinə son qoymağa kömək edəcək.
Sentyabrda "Die Welt" nəşri yazmışdı ki, qışda Ukraynada elektrik enerjisi ilə bağlı vəziyyət əhalinin ölkədən kütləvi şəkildə qaçmasına səbəb ola bilər.
Qəzetin yazdığına görə, hazırda Ukraynanın enerji istehsal gücünün yalnız yarısı qalıb. Soyuq mövsümdə vəziyyət kritik ola bilər.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər