Bütün xəbərlər
Zelenski bildirib ki, Ostin ilə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmə ehtimalını müzakirə edib
Tarix: 21-10-2024 21:21 | Bölmə: Manşet

Vladimir Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfəri zamanı onunla Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək imkanını müzakirə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev rejiminin başçısı özünün Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, o, Pentaqonun rəhbəri ilə Ukraynanın hava hücumundan müdafiə imkanlarını, qış dövrünə hazırlığı, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi hədəflərinə qarşı Qərb silahlarından istifadəni genişləndirməsini müzakirə ediblər.
Zelenski danışıqlar nəticəsində hər hansı qərarın qəbul edilib-edilmədiyini dəqiqləşdirməyib.
Lloyd Ostin oktyabrın 21-də elan olunmamış səfər üçün Kiyevə gəlib. Pentaqonun rəhbəri sonuncu dəfə ötən ilin noyabrında və 2022-ci ilin aprelində Ukraynanın paytaxtına gəlib.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin rəhbəri Kiyevə səfəri zamanı Ukraynaya 400 milyon dollar dəyərində hərbi ləvazimatlar paketinin ayrıldığını açıqlamışdı.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər