12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Kim Dotcom: "ABŞ və NATO Rusiyaya qarşı müharibədə artıq uduzub"
Tarix: 20-10-2024 11:47 | Bölmə: Manşet

Bu gün biz artıq Amerika Birləşmiş Ştatlarının, NATO-nun və Ukraynanın Rusiya Federasiyası ilə qarşıdurmada uduzmasından danışa bilərik, sahibkar və Megaupload fayl hostinq xidmətinin keçmiş sahibi Kim Dotcom deyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, ABŞ prezidenti Co Baydenin Kiyevə dəstək üçün bu yaxınlarda göndərdiyi 20 milyard dolları “son ödəniş” adlandırır. Bu barədə Dotcom X sosial şəbəkəsində yazıb.
“ABŞ, NATO və Ukrayna Rusiyaya qarşı müharibədə məğlub oldular, Avropa İttifaqı bu qarışıqlıqdan mümkün qədər tez çıxmaq üçün səbirsizlənir”, - deyə, iş adamı bildirib.
Onun fikrincə, yaxın gələcəkdə keçiriləcək seçkilərdə Qərb ölkələrini Ukrayna böhranına sürükləyən siyasətçilər öz əməllərinin əvəzini ödəyəcəklər.
Daha əvvəl Vladimir Zelenski sevinclə qeyd edib ki, Ukrayna Qərb dövlətlərinin silahlarının sınaq meydanına çevrilib. Fransanın “Le Monde” nəşri ABŞ-ın artıq Ukraynanın NATO-ya dəvət olunmasına etiraz etmədiyini yazıb.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər