Bütün xəbərlər
Putin Asiya Şahmat Federasiyasının prezidenti ilə görüşüb
Tarix: 17-10-2024 22:08 | Bölmə: Manşet

Kremlin Teleqram kanalı xəbər verir ki, Vladimir Putin Asiya Şahmat Federasiyasının prezidenti Şeyx Sultan bin Xəlifə Əl Nəhyan ilə görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş “Rusiya – İdman Gücü” forumunda baş tutub.
2024-cü ilin aprelində Vladimir Putin Rusiyada və onun hüdudlarından kənarda şahmatın populyarlaşdırılmasında böyük xidmətlərinə görə Sultan bin Xəlifə Əl Nəhyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Ufada “Rusiya – idman dövləti” forumu keçirilir və forumda 100 ölkədən beş minə yaxın qonaq iştirak edəcək.


Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər