Bütün xəbərlər
Kreml Rusiyanın Almaniya ilə dialoqa hazır olduğunu açıqlayıb
Tarix: 17-10-2024 19:58 | Bölmə: Manşet

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, gələcəkdə Almaniya və Rusiya Ukraynadakı vəziyyətlə bağlı dialoq qura biləcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts təşəbbüs göstərməyə və Rusiyanın ali rəhbərliyi ilə əlaqələrin bərpa olunmasının zəruriliyini dilə gətirməyə başladı.
Bir gün əvvəl Almaniya lideri Vladimir Putinlə danışmağa hazır olduğunu, həmçinin Moskvanın sülh sammitində mümkün iştirakını açıqlamışdı.
Dmitri Peskov izah edib ki, nəzəri cəhətdən bu cür təmaslar olduqca mümkündür, "Life" xəbər verir.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər