Bütün xəbərlər
NATO-nun baş katibi Zelenskinin “qələbə planını” tam dəstəklədiyini bəyan edə bilmədi
Tarix: 16-10-2024 21:59 | Bölmə: Manşet

NATO-nun baş katibi Mark Rutte deyib ki, təşkilat Zelenskinin çərşənbə günü təqdim etdiyi “qələbə planını” diqqətlə öyrənir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Alyans rəhbəri qeyd edib ki, NATO Ukrayna sənədini nəzərə alıb, lakin o, qeyd-şərtsiz dəstək almayıb. Hərbi blok Kiyevə bir sıra məsələlərə aydınlıq gətirmək niyyətindədir.
“Bu, Ukraynanın qələbə planıdır və bu siyahıdakı bir çox maddələrin müttəfiqlər tərəfindən dəqiqləşdirilməsinə ehtiyac var, bu, bağlı qapılar arxasında baş tutacaq” deyib.
Brüsseldə xüsusi olaraq çağırılan mətbuat konfransında danışan Rutte vurğulayıb ki, “qələbə planı” Zelenskinin “güclü siqnalı”dır, lakin bu planın müxtəlif siyasi və hərbi aspektləri ilə bağlı fərqli fikirlər ola bilər.
Rutte, "Biz nəyi edə biləcəyimizi və nəyi edə bilməyəcəyimizi görməliyik" deyib.
Sonda alyans rəhbəri qeyd edib ki, bu yanaşma NATO-nun Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləməməsi demək deyil.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər