Bütün xəbərlər
Priştinada rus sülhməramlılarının qarşısını kəsməkdən imtina edən general Cekson ölüb
Tarix: 16-10-2024 10:08 | Bölmə: Manşet

1999-cu ildə Priştina hava limanında rus sülhməramlılarının qarşısını almaqdan imtina edən Britaniya ordusunun keçmiş Baş Qərargah rəisi general Mayk Cekson 80 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “Daily Telegraph” qəzeti Paraşüt Alayı Veteranları Assosiasiyasının bəyanatına istinadən 1999-cu ildə Kosovo üçün NATO qüvvələrinə komandanlıq edən general Ceksonun ölüm xəbərini yayıb. Britaniyalı hərbçi həmin ilin iyununda Avropadakı Birləşmiş Alyans Qüvvələrinin baş komandanı, amerikalı general Uesli Klarkın əmrini yerinə yetirmədikdən sonra məşhurlaşıb. O, Priştina hava limanına nəzarəti ələ keçirən rus sülhməramlılarının qarşısını almaqdan imtina edib.
Cekson daha sonra Klark-a ona görə III Dünya Müharibəsinə başlamayacağını söylədi.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər