Bütün xəbərlər
"Real Madrid" təcavüz şübhəsi ilə Mbappeni reklam afişasından yığışdırıb
Tarix: 15-10-2024 22:03 | Bölmə: Manşet

"Real Madrid" Adidas ilə birgə reklam kampaniyası üçün komandanın hücumçusu Kilian Mbappeni fotodan silib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda sosial şəbəkə istifadəçiləri Mbappenin futbolçu Cud Bellinqhemin yayımladığı eyni fotoda olduğunu qeyd ediblər.
"RMC Sport" nəşrinin məlumatına görə, "Real" klubu bunun Mbappenin zorlama şübhəsi ilə bağlı olduğunu təkzib edib və buna səbəb futbolçunun Nike ilə müqaviləsi olduğunu bildirib.
Bu gün məlum olub ki, İsveç prokurorluğu zorlama faktını araşdırır. Lakin nəzarət qurumu şübhəlinin adını açıqlamayıb.
Daha əvvəl İsveç mediası yazmışdı ki, istintaq futbolçunun dostları ilə bir neçə gün qaldığı Stokholma səfərindən sonra başlayıb. Mbappe oteli tərk etdikdən sonra otaqların birində qızın zorlandığı barədə məlumatlar peyda olub.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər