Bütün xəbərlər
Stanislav Pozdnyakov Rusiya Olimpiya Komitəsinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb
Tarix: 15-10-2024 13:59 | Bölmə: Manşet

Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeni rəhbərliyin təyin olunma tarixi noyabrın 7-də keçiriləcək iclasda müəyyənləşəcək.
"Noyabrın 7-də keçiriləcək növbəti iclasda ROC İcraiyyə Komitəsi, əminəm ki, mənim təklifimi dəstəkləyəcək və Olimpiya görüşünün tarixini təyin edəcək", - məlumatda deyilir.
Pozdnyakov ayrılmaq üçün ilkin şərt kimi iqtisadi vəziyyəti göstərib. O, əsas fəaliyyət sahələrinin idarə edilməsinin optimallaşdırılması və mərkəzləşdirilməsi zərurətindən bəhs edib.
Növbədənkənar seçkilərə qədər təşkilatın rəhbəri, icraiyyə komitəsi və ROC aparatı adi qaydada işini davam etdirəcək.
Pozdnyakov 2018-ci ilin may ayından ROC-a rəhbərlik edir.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər