Bütün xəbərlər
Borrell: "Aİ Ukrayna ordusuna təlim keçmək missiyasını 2 il müddətinə uzadacaq"
Tarix: 14-10-2024 21:44 | Bölmə: Manşet

Avropa İttifaqı Ukrayna hərbçilərinə təlim keçmək missiyasını daha iki il uzatmaq niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
"Biz missiyanı daha iki il uzatmaq niyyətindəyik", - o, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirdiyi görüşdən sonra qeyd edib.
Sentyabr ayında Pentaqonun Baş Müfəttiş Ofisinin hesabatında amerikalı təlimatçıların insan hüquqlarının pozulmasında təqsirli bilinən Ukrayna ordusu bölməsinə təlim keçdiyi məlum olub. Bu fakt ABŞ qanunlarına ziddir, ona görə Vaşinqtonun belə hərəkəti törədən digər dövlətlərin qoşunlarına hərbi yardım göstərmək hüququ yoxdur.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər