Bütün xəbərlər
Avropa Parlamenti Komitəsi Ukraynaya 35 milyard avro kredit ayrılmasını təsdiqləyib
Tarix: 14-10-2024 20:24 | Bölmə: Manşet

Xaricdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər Kiyevə 35 milyard avro məbləğində kreditin ödənilməsinə yönəldilə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynaya dəstək üçün belə bir mexanizm Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsi tərəfindən təsdiqlənib.
Görüş onlayn yayımlanıb. Kredit komitə üzvlərinin əksəriyyəti tərəfindən bəyənilib. Daha sonra yeni dəstək mexanizmi ilə sənəd AP-nin Strasburq sessiyasında, daha sonra isə Avropa İttifaqı Şurasında təsdiqləmə prosedurundan keçəcək.
2024-cü ilin aprelində Avropa Şurası Parlament Assambleyası dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardıma xərclənməsinə dair qətnaməyə səs verdi. 134 nümayəndənin hamısı lehinə səs verib.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər